Baş nazir Taxıl Dəhlizi Sazişi ilə bağlı açıqlama verib

18 Mart 2023 16:24 (UTC+04:00)

Ukraynanın baş naziri Denis Şmiqal hökumətin iclasında Taxıl Dəhlizi Sazişi ilə bağlı qiymətləndirmələr edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın dünya ərzaq təhlükəsizliyinin əsas halqalarından biri olduğunu qeyd edən Şmiqal, “Bu səbəbdən taxıl müqaviləsinin müddətsiz və avtomatik olaraq 120 gün uzadılmasında israr edirik” ifadələrini işlədib.

Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) də belə bir rəftarı müdafiə etdiyinə diqqət çəkən Şmiqal, "Hücumçunun müqavilə müddətini qısaltmaq cəhdi daha da şantaj və qlobal qida böhranını böyütmək üçün bir manipulyasiyadır. Buna icazə verilməməlidir" deyib.