Motosiklet sürücüsünün ölümdən döndüyü anlar

18 Mart 2023 15:47 (UTC+04:00)

ABŞ-da motosiklet sürücüsünün kaskasına əks olunan görüntülər hər kəsi heyrətə gətirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, motosikleti yolda sürərkən səkidə qadınları görən və onlara baxan sürücü qəza törədib. Motosikletçi yola baxmağı unudanda qəfil dayanmış avtomobilə çırpılıb.

Sosial şəbəkə istifadəçilərinin böyük maraq göstərdiyi görüntülərdə sürücü qəzadan yüngül xəsarətlərlə xilas olduğu və səhhətinin yaxşı olduğu bildirilib. Sosial şəbəkə istifadəçiləri görüntülərə bəyənmə və şərh yazmağı da unutmayıblar.