“Azərsu” ASC-nin rəhbəri Göyçayda vətəndaşları qəbul edib

18 Mart 2023 15:33 (UTC+04:00)

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın məlumatına görə, Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göyçay və Ağdaş rayonlarından olan 32 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.

Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.