Məşhur sima İlon Maskı məhkəməyə verib

18 Mart 2023 14:46 (UTC+04:00)

Ötən gecə türk cəmiyyətinin tanınmış simalarından olan Ahu Aysal obyektivlərə tuş gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, kosmosa uçmaq üçün illər əvvəl bir şirkətlə müqavilə bağlayan Aysal şirkətin İlon Maska satılmasından sonra həm pulunun, həm də xəyallarının batdığını dilə gətirib.

İlon Maska qarşı iddia qaldırdığını bildirən Aysal, "Şirkəti İlon Maska satdılar. Onun şirkətini məhkəməyə verdim, 100 min dollarım getdi. İndiki zamanda 100 min dollar azdır?" deyib.