Məşhur müğənni hərəkəti ilə hər kəsin təqdirini qazanıb

18 Mart 2023 13:03 (UTC+04:00)

Türkiyədə baş verən və əsrin fəlakəti kimi adandırılan Kahramanmaraş zəlzələsindən sonra zəlzələ qurbanları üçün qollarını çırmalayan adlardan olan müğənni Mustafa Ceceli bir ailəyə etdiyi jestlə gündəm mövzusuna çevrilmişdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mustafa Ceceli və həyat yoldaşı Selin İmer zəlzələ bölgəsindəki heyvanları da unutmayıb.

Heyvansevər cütlük zəlzələ bölgəsindəki sahibsiz heyvanları da unutmayaraq, bölgədəki bir çox heyvanı yük maşını ilə İstanbula daşıyıb və İstanbuldakı heyvan sığınacaqlarında onlara qulluq edilməsini təmin edib. Bu hərəkəti ilə hər kəsin təqdirini qazanan Ceceli cütlüyünün tez-tez heyvan sığınacağına gedərək, ehtiyacların qarşılanmasına köməklik etdiyi də öyrənilib.