Məşhur aktrisa yeni-yeni evindən çıxa bildiyini dilə gətirib

18 Mart 2023 11:13 (UTC+04:00)

Aktrisa Sinem Ünsal ötən gün Nişantaşında görüntülənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı gözəl mətbuat mənsubları ilə söhbət edərək, suallarını cavablandırıb.

Sinem Ünsal fevralın 6-da Kahramanmaraşda baş verən və 11 vilayətdə böyük dağıntılara səbəb olan zəlzələnin onun üçün də sarsıdıcı olduğunu bildirib. Məşhur aktrisa baş vermiş dağıdıcı zəlzələnin təsirində qaldığını və yeni-yeni evindən çıxa bildiyini dilə gətirib.