Günel Hümbətova illər sonra Bakıya gəldi - FOTOLAR

18 Mart 2023 07:50 (UTC+04:00)

Uzun illərdir Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova Bakıya gəlib. SİA xəbər verir ki, bu barədə Günel sosial şəbəkə hesablarında məlumat yayıb. Anası ilə fotosunu paylaşan Hümbətova “Gəldim çıxdım doğma Bakıya” şərhini yazıb.

Qeyd edək ki, G. Hümbətova illər öncə Firuz Soliyev adlı şəxslə ailə qurub. Onların Josefina adlı qızları var.