Məşhur aktyorun oğlu rekordlar kitabına düşə bilər

18 Mart 2023 06:44 (UTC+04:00)

Məşhur türk aktyor Bekir Aksoyun 3 yaşlı oğlu Asil Aksoy Ginnesin Rekordlar Kitabına düşə bilər. SİA xəbər verir ki, sənətçinin övladı “ən gənc rəsm sərgisi açan şəxs” nominasiyasına sahib olmağa hazırlaşır. Belə ki, 2 yaşından anasının makiyaj ləvazimatları ilə şəkil çəkməyə başlayan Asilin yaxın vaxtda əl işləri sərgilənəcək.

B.Aksoy sərgidən sonra oğlu üçün Ginnesin Rekordlar Kitabına müraciət edəcəyini açıqlayıb.