Bakıda “Paxlava bazaar” yarmarkası təşkil olunacaq

17 Mart 2023 18:44 (UTC+04:00)

Martın 19-da Bakıda əl işlərindən ibarət “Paxlava bazaar” adlı yarmarka təşkil olunacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yarmarka çərçivəsində aksesuarlar, şamlar, kitablar və digər məmulatlar, eləcə də Novruz bayramının ənənəvi şirniyyatları təqdim olunacaq.

Yarmarkada iştirak etmək istəyənlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Giriş sərbəstdir.