“Erməni o ağlın yiyəsi deyil” - POLİTOLOQ ŞƏRH ETDİ

17 Mart 2023 17:30 (UTC+04:00)

“Son zamanlar erməni təxribatlarının intensivləşməsi təsadüfi deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cümşüd Nuriyev deyib.


Onun sözlərinə görə, burada həm Rusiyanın, həm də İranın kəşfiyyat orqanlarının böyük “xidmət”i var: “Çünki Azərbaycanın qələbəsindən sonra dünya birmənalı şəkildə Azərbaycanın haqlı olduğunu tanıyır və qəbul etməyə başlayıb. Eyni zamanda Ermənistanda Paşinyan da bunu qəbul edir”.

Cümşüd Nuriyev sözlərinə belə davam edib: “Amma erməni kilsəsi və millətçi daşnaksutyun partiyası və onun tərəfdarları bunu qəbul etmək istəmir. Həm də bilirsiniz ki Rusiya açıq şəkildə deyir ki, “Nə qədər Qarabağ bizim nəzarətimizdədir, biz Qafqazdayıq”. Yəni ona görə də bu məsələdə bu təxribatların davam edəcəyi istisna olunmur. Onlar daha dərin, daha ayrı təxribatlar fikirləşirlər. Çünki həm Qarabağ ərazisində yeni səngərlərin qazılması, silah daşınması, yeni oyunların hazırlanması, Rusiya sülhməramlılarının sülhyaradıcı yox, dağıdıcı proseslə məşğul olması bütün bunların hamısı göstərir ki, bunlar vahid mərkəzdən idarə olunur. Erməninin heç vaxt nə dövləti olub, nə də dövlətçi olub ki, elə ağlın yiyəsi olsun. Erməni idarə olunur və onu təəssüf ki idarə edən də farsla, rusdur”.

Ayşən Vəli