Novruz süfrəsi neçəyə başa gəlir? - ARAŞDIRMA

17 Mart 2023 17:14 (UTC+04:00)

Bayramlar, şübhəsiz ki, hər yaşda olan insanların həyəcan və həvəslə gözlədiyi günlərdir. Böyük ailələrin və qohumların bir araya gəldiyi bu vaxtlarda hər kəs çox mehriban olur. Birlikdə maraqlı zaman keçirilən bayramlar böyükləri ziyarət etmək, ünsiyyət qurmaq və sevdiklərinizlə uzun söhbətlər etmək üçün ən yaxşı vaxtlardır.

Sevdiklərinizlə keçirdiyiniz bu özəl günlərdə yediyiniz yeməklər də xüsusi olur. Süfrədə uşaqdan böyüyə hər kəsin zövqünə uyğun yeməklərin olması yaşadığınız xoş anları ikiqat artırır.

Təbii ki, süfrənin rəngarəng və maraqlı olması üçün orada çoxçeşidli təamlar olmalıdır. Bildiyimiz kimi, artıq iki gün sonra ölkəmizin milli bayramı olan Novruz bayramı qeyd olunacaq. Bəs, Novruz süfrəsi bir ailəyə minimum neçəyə başa gəlir? SİA mövzu ilə bağlı araşdırma aparıb.


Bayram süfrəsinin əsas təamı plovdur. Plov üçün bizə lazımdır düyü, yağ, ərik, kişmiş, ət, şabalıd, turşu, soğan.

Gəlin plovun tərkibinə daxil olan inqridiyentlərin qiymətinə baxaq:

Düyü 7.35; 3.99 AZN

Sarı kişmiş 5.99 AZN

Kərə yağı 1 kq- 15.99; 12.99; 13.99; 17.45; 16.99 AZN

Dana biftek 17.99 AZN

Toyuq 4.45 AZN

Toyuq file 6.39 AZN

Ərik qurusu 11.49 AZN

Alça qurusu 4.49 AZN

Şabalıd 7-8 AZN

Soğan 1.50 AZN

4-5 nəfərlik ailə üçün 1 kiloqram düyüdən ətli aş bişirmək 40-45 AZN edir.

İndi isə gəlin Novruz şirniyyatlarına nəzər salaq. Düzdür, bir çox insan şirniyyatı evdə özü hazırlayır. Amma əsasən də işləyənlər hazır şirniyyatlara daha çox üstünlük verir. Onların keyfiyyəti də müəmmalıdır. Özümüz hazırladıqda da bu daha baha başa gəlir.

Paxlavanın 1 kiloqramı 10.99 AZN-dır.

Şəkərburanın 1 kiloqramı 11.99 AZN-dır.

Qoğal dənəsi 0.80 qəpik yaxud 1 AZN.

Şirniyyatlar üçün də minimum 50-60 AZN lazımdır.

Şirniyyatları bişirmək üçün kərə yağı 1 kq- 15.99; 12.99; 13.99; 17.45; 16.99;

Duru yağ 5.99; 9,30; 3.79; 5.45; 7.99

Çərəzlər:

Qara kişmiş 6.90 AZN

Araxis 5.90 AZN

Qabıqlı araxis 3.99 AZN

Fındıq 13.90 AZN

Qarışıq çərəz 8.50 AZN

Qoz ləpəsi 13.50 AZN

Xurma 5.99 AZN

40-50 AZN da çərəzlər edir.


Salat üçün:

Xama 2.35; 2.55 AZN

Yaşıl noxud 2.99 AZN

Mayonez (kiçik) 2.35 AZN

Turşu xiyar 2.59 AZN

Holland pendiri 10.59 AZN

Şirin qarğıdalı 1.70

30 AZN civarında da 2 salat hazırlamaq olar.


İçkilər:

Kompot- 1.65

Qazlı içkilər- 1.35; 2.59; 1.10;

10 manat da spirtsiz qazlı və natural içkilər edir.

Kolbasalar 6.97; 5.97; 3.97;

Ət-toyuq

Dana əti sümüklü 11.49

Dana biftek 17.99

Toyuq 4.45

Toyuq file 6.39

Meyvələr:

Armud 3.99 AZN

Alma 1 AZN

Portağal 2.59 AZN

Mandroz 2.69 AZN

Heyva 1.49 AZN

Banan 2.75 AZN

Kivi 2.09 AZN

Nəticə etibarilə meyvələr 4-5 nəfərlik bir ailə üçün (hərəsindən yarım kilo ilə hesabladıqda) ümumilikdə 20-25 manat edir.

Tərəvəz:

Xiyar 2.69 AZN

Çuğundur 0.49 AZN

Kartof 1 AZN

Kök 0.95 AZN

Təqribi 15-20 AZN da tərəvəzlər edir.


İqtisadçı-ekspert Eyyub Kərimli: “Bildiyimiz kimi, bizdə ötən illə müqayisədə böyük inflyasiyalar baş verib. Belə ki, ərzaq qiymətləri 30-40 faiz arası qalxıb. Bizdə bir pis ənənə var ki, sahibkarlar bayram öncəsi süni qiymət artımı edirlər. Bu da bayram süfrəsinin daha baha başa gəlməsinə səbəb olur. Həmçinin, bizim adət-ənənələrimiz də bayram süfrəmizin daha zəngin çeşidli və bol keçirilməsini təmin edir. Bu baxımdan, insanlarımız bayram öncəsi bazarlara üz tuturlar ki, bu da tələb yaradır. Sözsüz ki, bu, həm də qiymət artımına təsir göstərir.

Qeyd edim ki, ölkəmizdə bəzi şirkətlər və dövlət qurumları işçilərinə bayramqabağı əlavə vəsait ödəyirlər. Bu da əlavə tələb yaradır və bazara üz tutan insanların sayını artırır.

Hesab edirəm ki, bu günki qiymətlərə real olaraq baxsaq, bir çox qidalarda bahalaşma müşahidə edirik. Bura ət məhsulları, tərəvəzlər, meyvələr, quru meyvələr və s. aiddir.

Düşünürəm ki, 4-5 nəfərlik bir ailənin normal bayram süfrəsi təşkil etməsi üçün minimum 500-600 manata ehtiyacı var. Buna səbəb xaricdən bizə gələn bəzi quru meyvələrin baha olması, yerli məhsullarda da əsassız qiymət artımıdır”.

Ayşən Vəli