"Valideynlər kiməsə acıq vermək üçün övladlarına təzyiq edir" - DİM RƏSMİSİ BİLDİRDİ

17 Mart 2023 12:09 (UTC+04:00)

"Şagirdlərin stress altında olması daha çox ailədə olan problemlərlə əlaqədardır, nəinki imtahan stressi ilə". SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.

O bildirib ki, imtahanlarda 700 balı toplamaq olar, lakin hamı buna müvəffəq olmur: "Çox təəssüf ki, valideynlər kimlərəsə acıq vermək üçün övladlarına təsir edirlər. Uşağı "700 bal toplamalısan" şərti qoymaqla stresə salmaq doğru deyil".