"WhatsApp"da statusa səsli mesaj yerləşdirmək mümkün olub

17 Mart 2023 01:08 (UTC+04:00)

"WhatsApp" messencerində statusa səsli mesaj yerləşdirmək mümkün olub. SİA xəbər verir ki, bu barədə "Meta" şirkəti məlumat yayıb.

Yeniləmə iOS istifadəçiləri üçün əlçatan olub.

Bundan başqa, məlum olub ki, fotolardan mətnin kopyalanması da platformaya gələcək.