“Ölkəmizdə nə qədər beynəlxalq yarışlar keçirilsə bir o qədər yaxşıdır. Çünki bu insanlarda idmana olan marağı artırır”.
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanın yunan-roma güləşçisi Taleh Məmmədov bildirib.
O bildirib ki, yerli idmançılar beynəlxalq yarışlar ölkəmizdə keçirilərkən daha da həvəslə iştirak edirlər: “Belə yarışlardan biri də bu il ölkəmizdə keçiriləcək olan Formula 1 yarışıdır. Düşünürəm ki, ölkəmizin tanınmağında bu cür yarışların böyük əhəmiyyəti var. Bu cür yarışların nəticəsində bütün dünya ölkələri Azərbaycanla daha da yaxından tanış olurlar. Mən xüsusi ilə cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını qeyd etmək istərdim. Ölkə başçısının idmana və idmançılara göstərdiyi diqqət nəticəsində ölkəmiz idman ölkəsi kimi tanınır. Azərbaycanda təşkil olunan beynəxalq yarışlar eyni zamanda yüksək təşkilatçılıq səviyyəsinə görə hər zaman öndə gedir”.