Artıq biletlər satışa çıxarılıb

16 Mart 2023 13:25 (UTC+04:00)

Bu gün səhər saatlarında 26 mart tarixində Olimpiya stadionunda keçiriləcək "Qarabağ" və "Qalatasaray" komandalarının qarşılaşmasını üçün nəzərdə tutulan biletlər satışa çıxarılıb.

Bu barədə SİA-ya "Qarabağ" klubunun mətbuatla əlaqələr xidmətindən məlumat verilib.

Qurumdan verilən məlumata görə, saat 11-də satışa çıxarılan biletlərin artıq 25 mini satılıb. Biletlərin qiyməti müvafiq olaraq 3,5,30,50 və 100 manat arasında dəyişir.

Qeyd edək ki, ayın 26-sında keçirilən qardaşlıq görüşü xeyriyyə məqsədi ilə həyata keçirilir.