"Heydər Əliyev ili" çərçivəsində açıq dərslər keçirilir - YENİLƏNİR -FOTOLAR

16 Mart 2023 10:39 (UTC+04:00)

Bu gün Bakı şəhəri 114 nömrəli tam orta məktəbdə "Heydər Əliyev İli" çərçivəsində pilot layihələrlə bağlı "Açıq dərs"lər və "Ürəklərdə yaşayan əbədi insan" adlı tədbir keçirilir. SİA xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva da açıq dərsləri izləyir. Açıq dərslərdə "Rəqəmsal bacarıqlar", STEAM, "Sağlam təhsil" layihələri tətbiq olunur.