Aktrisa Lindsi Lohan ilk dəfə ana olacağını açıqlayıb. SİA xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib.
Bader Şammasla evli olan 36 yaşlı aktrisa uşa geyiminin fotosunu yayımlayıb və üzərinə "Coming Soon" yazıb.
“Biz yeni ailə üzvünün gəlişindən çox həyəcanlıyıq və həyatımızın növbəti fəslini səbirsizliklə gözləyirik!”, - ulduz instaqramda yazıb.