Kardaşyanı ələ saldılar - FOTO

16 Mart 2023 02:44 (UTC+04:00)

Realiti-şop ulduzu Kim Kardaşyanın bacısı, amerikalı televiziya ulduzu və iş qadını Kloe Kardaşyan açıq-saçıq geyimdə şəkillərini paylaşıb və internet istifadəçiləri onu ələ salıblar. SİA xəbər verir ki, o, fotonu Instagram hesabında paylaşıb. Yayımlanan fotolarda Kardaşyan italyan brendi “Dolce & Gabbana”-nın yanları ipli gümüşü korsetli mini paltarında görünüb.

Abunəçilər şərhlərdə Kardaşyanın görünüşünü ələ salıblar, onu fotoşop etməkdə ittiham ediblər. Tənqidlərə dözməyən Kloe şəkli silib.