Ukrayna Prezidenti Vladimir Zelenski üç regional dövlət administrasiyasının rəhbərini vəzifəsindən azad edib.
SİA APA-ya istinadən xəbər verir ki, müvafiq fərmanlar Prezident administrasiyasının saytında dərc olunub.
Zelenskinin fərmanı ilə Xmelnitski, Odessa və Luqansk vilayət administrasiyalarının rəhbərlərii vəzifədən azad ediliblər.