Azərbaycan-Almaniya arasındakı münasibətlər hansı səviyyədədir? - DEPUTAT DANIŞDI

15 Mart 2023 14:46 (UTC+04:00)

“Bu gün Azərbaycan-Almaniya münasibətləri yeni inkişaf mərhələsinə daxil olub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Almaniyaya səfər etməsi, orada keçirdiyi görüşlər, verdiyi açıqlamalar Azərbaycan-Almaniya əlaqələrinin daha da güclənməsinə və inkişaf etməsinə öz ciddi töhfəsini verəcək: “Hər kəsə məlumdur ki, Azərbaycan bu gün fəal xarici siyasət həyata keçirir və Avropa ölkələri ilə əlaqələrin inkişafına önəm verir. Bir müddət bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Fransa və Almaniyada Azərbaycan həqiqətlərini saxtalaşdırmağa cəhd edib. Ermənistanın bu cəhdi yenə də nəticəsiz qaldı. Hesab edirəm ki, Prezidentin səfəri, proseslərdə iştirakı bu işlərin daha da geniş aparılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafına töhfə verəcək”.