"3 martdan etibarən Formula 1 yarışları ilə əlaqədar olaraq şəhərdə blokların və tribunaların quraşdırılması prosesi həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Halqasının mətbuatla əlaqələr şöbəsinin rəhbəri Turab Teymurov bildirib.

Onun sözlərinə görə, yarış aprelin 28, 29, 30 aprel tarixlərində baş tutacaq: "Həmçinin ilk dəfə olaraq Azərbaycanda sprint yarışı keçiriləcək. Mövsumun məhz ilk sprint yarışı paytaxta təşkil olunacaq. Burada 6 ölkənin iştirakı həyata keçirilir. Formula 1 oyunları barədə onu da qeyd etmək istərdim ki, artıq konsert proqramlarının yarısı açıqlanıb. Formula 1 Azərbaycan Qran Prisi bu il də daha bir gözlənilməzi reallaşdıraraq üç illik fasilədən sonra nəhayət ki, azarkeşlərin yarış həftəsi səbirsizliklə gözlədiyi konsert proqramını geri gətirir. 28-30 aprel tarixlərində Bakıda keçiriləcək növbəti Formula 1 yarışında elektronik rəqs musiqisinin qabaqcıllarından hesab olunan niderlandlı DJ, musiqi prodüseri və qlobal fenomen Hardwell çıxış edəcək. Hardwell "Spaceman", "Apollo" və "Thinking About You" daxil olmaqla bir sıra qlobal hitləri ilə dünyanın ən çox tələb olunan DJ-lərindən biridir. Musiqi fəaliyyətində “Armin van Buuren”, “Steve Aoki”, “Dimitri Vegas & Like Mike”, “Tiësto” və “Afrojack” kimi elektronik musiqinin aparıcı ulduzları ilə möhtəşəm ifalar nümayiş etdirmişdir. Pop musiqisinin ən məşhur sənətçiləri “Rihanna”, “Calvin Harris”, “Moby” və “U2”, “Coldplay” kimi musiqi qruplarının remikslərini ərsəyə gətirərək dünya musiqi səhnəsində iz qoymuşdur".
Mətbuat katibi həmçinin yarış zamanı yuolların baölı olması ilə bağlı öz fikirlərini bildirib: "Formula 1 yarışları ilə bağlı olaraq yarış həftəsi çərçivəsində aprel ayının 24-dən 29-dək yarış zolağının müəyyən hissələri bağlı olacaq. Bununla əlaqədar olaraq avtomobil idarə edən şəxslər həmin yollardan müəyyən saatlar çərçivəsində istifadə edə bilərlər".