Bakıda İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. SİA xəbər verir ki, konfransdan dərhal sonra plenar iclaslar star götürüb. Hazırda ilk plenar iclasda ekspertlər İslamofobiyanın kritik problemini və onunla mübarizədə kəsişən yanaşmanın vacibliyini müzakirə etmək üçün toplaşıblar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı Direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçirilən paneldə Aydın Səfixanlı, Salman Seyid, Sultan Əhməd Sahibzadə, Məhəmməd əl-Şahhat əl-Cindi, Ferid Muhic və Səid Əhməd Xan iştirak edir.
Natiqlər İslam dininə qarşı ayrı-seçkiliyə qarşı mübarizəyə yeni perspektivlər təqdim edərək İslamofobiyanın insan hüquqlarına, cəmiyyətə və qlobal icmalara təsirini vurğulayacaq.