Elza təxirə saldığı konsertindən danışdı

15 Mart 2023 06:49 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahanın 28 mart tarixində solo konserti baş tutacaq. SİA xəbər verir ki, "Mahnılar və şeirlər” adlı solo konsertin fevralın 28-də keçirilməsi planlaşdırılırsa da, tədbir təxirə salınıb.

Məsələ ilə bağlı təəssüratlarını öyrənmək üçün əməkdaşımız bəstəkar, müğənni Elza Seyidcahan ilə danışıb. Müğənni solo konsertini Türkiyədə baş verən zəlzələ səbəbindən təxirə saldığını söyləyib: "Qardaş Türkiyədə baş verən zəlzələyə görə fevralın 28-nə planlaşdırılan konserti bir aylıq təxirə saldım. O vəziyyətdə konsert verə bilməzdim. İndi sayılı günlər qalıb. Məşq edirik. Sevənlərimizin qarşısına maraqlı performansla çıxacağıq”.