Afaqın səhhəti ilə bağlı son durum AÇIQLANDI

15 Mart 2023 02:15 (UTC+04:00)

Afaqla danışmışam. Zob xəstəliyindən əməliyyat keçirib. Ona 1 ay çox danışmaq olmaz, sentyabrdan yenidən efirə qayıdacaq. SİA xəbər verir ki, bu sözləri tanınmış aparıcı Samir Bayramlı həmkarı Afaq Gəncəlinin səhhəti haqqında danışarkən deyib. “Səhərin səsi” verilişində açıqlama verən məşhur bildirib ki, Afaq Gənclidə qalxanabənzər vəzinin həcminin böyüməsi qeydə alınıb.

Xatırladaq ki, A.Gəncəli keçən həftə aparıcısı olduğu verilişdə səhhəti ilə əlaqədar olaraq bir müddət karyerasına fasilə vermək məcburiyyətində olduğunu açıqlamışdı.