U-15 yeniyetmələr arasında Bakı şəhər birinciliyinin ilk günündə 300-dən çox cüdoçu mübarizə aparacaq. Bu barədə SİA-ya ACF-dən məlumat verilib.
Bu gün 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Bakı şəhər birinciliyinin ilk yarış günü keçirilir.
14 martda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 303 cüdoçu gücünü sınayacaq. Qızlar arasında -28 kq., -40 kq. və -52 kq. çəki dərəcələrində, oğlanlar arasında isə -34 kq., -46 kq. və -60 kq. çəki dərəcələrinə qaliblər müəyyənləşəcək.
Yarışın ilkin görüşləri saat 9:00-da başlayacaq.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
Yarış haqqında bütün məlumatları operativ şəkildə teleqram kanalımıza abunə olaraq izləyə bilərsiniz.