92 yaşlı aktyor Yılmaz Qruda böyrək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, ustad sənətçi bir neçə gün əvvəl reanimasiya şöbəsində müalicə olunduqdan sonra evə buraxılıb. Lakin dünən gecə səhhəti ağırlaşdığı üçün aktyor yenidən xəstəxanaya yerləşdirilib.
Məlumat üçün bildirək ki, Yılmaz Qruda "Yabancı Damat" , "İşlər-güclər", "Kavak yelləri" və başqa seriallarda rol alıb.