Los-Ancelesdə keçirilən 95-ci "Oskar" film mükafatlandırma mərasimi qaliblərin elan olmasından savayı, digər məqamlarla da yadda qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, xüsusi ilə müğənni Rihannanın səhnədəki çıxışı çox təsirli oldu. O, tədbirdən öncə geyindiyi qara dəri geyimini zərli krujeva səhnə libasına dəyişib. Geyim "Maison Margiela" moda evinə aiddir.
O, "Qara Pantera"nın mərhum ulduzu Çadvik Bosmana həsr etdiyi "Lift Me Up" mahnısını ifa edib. Bu bəstə həm də “Ən yaxşı orijinal mahnı” nominasiyasında namizəd olub.