Bu gün COVID-19 əleyhinə peyvənd aparılmayıb

13 Mart 2023 21:24 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bu gün heç kimə peyvənd vurulmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 951 443, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 493, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 118, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 763 nəfər təşkil edir.