Bakıdakı Rus Evində “Bir dəfə martda” adlı ədəbi-musiqili görüş

13 Mart 2023 20:26 (UTC+04:00)

Bakıdakı Rus Evində “Bir dəfə martda” ədəbi-musiqili görüş keçirilib. Bu, “Günay” teatrının aktrisası İnqa Boxoldina tərəfindən təşkil edilən dördüncü layihədir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətində bildiriblər ki, tədbir Azərbaycan Milli Teatrının 150 illiyinə təsadüf edib və bu rəmzi xarakter daşıyır, çünki layihənin iştirakçıları özlərini səhnədə göstərə biliblər.

İnqa Boxoldina növbəti görüşdə iştirak etmək istəyənləri qeydiyyatdan keçməyə dəvət edib. Bu layihədə yaşından və hazırlıq səviyyəsindən asılı olmayaraq istəyən hər kəs iştirak edə bilər.