Jerar Pike ilə hadisəli ayrılığına görə gündəmi məşqul edən müğənni Şakira son mahnısı ilə Ginnesin Rekordlar Kitabına düşüb.
SİA-nın əldə etdiyi məlumata görə, yanvar ayında “Music Sessions Vol. 53” mahnısını yayımlayan 46 yaşlı kolumbiyalı müğənni bir gündə Spotify-da ən çox dinlənilən latın mahnısı, Youtube-da ən çox izlənən İspan musiqi klipi və daha bir çox rekorda imza ataraq Ginnesin rekordunu qırmağı bacarıb.
Futbolçu Pike ilə münasibətini hadisəli şəkildə bitirən məşhur müğənninin “Music Sessions Vol. 53” mahnısında Pikeyə diqqət çəkilir.
Mahnının sözləri belədir: “Sənə qayıtmayacağam, mənim üçün ağlama və ya mənə yalvarma/ Səni tənqid etmələri mənim günahım deyil, bunu başa düşdüm/ Sadəcə musiqi icra edirəm, bu səni narahat edirsə bağışla”. Elə düşünülür ki müğənni bu sözlərlə Pikeyə müraciət edir.