Təşkilatçılar 95-ci "Oscar" mərasimini qırmızı xalçasız keçirmək qərarına gəliblər. SİA xəbər verir ki, bu barədə "Associated Press" yazır.
Bildirilir ki, tədbir ilk dəfə qapalı məkanda keçiriləcək, bu səbəbdən kətanın rəngini qum və ya şampan çalarlarına dəyişmək qərara alınıb. Amma mərasimin təşkilatçıları bunun sadəcə obrazlı ifadə olduğunu xatırladaraq, yol boyu keçidin adını dəyişmək niyyətində deyillər.
Qeyd edək ki, 95-ci "Oscar" mükafatlandırma mərasimi bazar günü gecə baş tutacaq.
Qırmızı xalça Bakı vaxtı ilə saat 00:30-da açılacaq və mükafatlandırma mərasiminin özü səhər saat 5-də başlayacaq.