Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı, iş adamı Fazil Əmiraslanov ağır əməliyyat keçirib. SİA xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında yaydığı video açıqlamada bildirib.
Sənətçinin sözlərinə görə, əri ürəyindən əməliyyat olunub və əməliyyat 10 saat davam edib.
Rəqsanə həyat yoldaşının əməliyyatdan sonrakı vəziyyətinin yaxşı olduğunu diqqətə çatdırıb.