Ankara Universitetinin rektoru ADPU-da olub

11 Mart 2023 21:18 (UTC+04:00)

Ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Ankara Universitetinin rektoru professor Necdet Ünüvar martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərovla görüşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, ADPU-dan bildirilib ki, görüşdə hər iki universitet arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin vəziyyəti və yeni perspektivlər müzakirə olunub.

Xatırladaq ki, ötən ilin noyabr ayında ADPU-nun rektoru Cəfər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Ankara Universitetində olub, rektor Necdet Ünüvarla görüşmüşdülər. Görüşdə ADPU ilə Ankara Universiteti arasında akademik əməkdaşlıq protokolu imzalanmışdı.