Aygünlə Namiq uzun müddət sonra bir araya gəldi

11 Mart 2023 17:07 (UTC+04:00)

2000-ci illərin sevilən duet ortaqları Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu yenidən bir araya gəlib. SİA xəbər verir ki, iki sənətçi məclislərdən birində eyni səhnəni paylaşıb.

Onlar illər sonra məşhur mahnılarından olan “Sevirəm”i birgə səsləndiriblər.

Bu anlar sosial şəbəkələrdə paylaşılıb.