Karl Laqerfeldin həyatı seriala çevrilir

11 Mart 2023 16:46 (UTC+04:00)

Moda dünyasının unudulmaz simalarından olan, 2019-cu ildə dünyasını dəyişən xarici modelyer Karl Laqerfeldin həyatı seriala çevrilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Karlın dizayner kimi yüksəlişinə diqqət yetirəcək ekran işini “Disney” istehsal edəcək.

6 bölümdən ibarət olacaq layihədə 1970-ci illərdə Paris moda dünyasında baş verən hadisələr əhatələnəcək.

Serialda Laqerfeld obrazını isə aktyor Daniel Brühl canlandıracaq.