Tural və Turan Bağmanovlar qardaşlarının klip çəkilişləri yekunlaşıb

11 Mart 2023 15:46 (UTC+04:00)

Avroviziya təmsilçimiz Tural və Turan Bağmanovlar qardaşlarının klip çəkilişləri yekunlaşıb. SİA xəbər verir ki, 10 mart tarixində Bakıda azərbaycanlı heyət tərəfindən “Avroviziya-2023” mahnımız ekranlaşdırılıb.

Ekran işinin əsas süjet xətti Tural və Turanın üzərində qurulub. Onlar 3 fərqli səhnədə çəkiliblər.

Klipin hazırlıqları bir gün ərzində tamamlanıb. İngilis dilində təqdim olunacaq “Tell Me More” adlı mahnının müəllifləri qardaşların özüdür.

Bəstənin aranjımanı isə Nihad Əliyevə məxsusdur.