“TikTok”da canlı yayımlar açmağa başlayan müğənni Sevda Yahyayevaya kökəlməsi ilə bağlı suallar ünvanlanıb. SİA xəbər verir ki, həyat yoldaşı Zakir Bayramovla yayımda olan sənətçiyə bir çox izləyici artıq çəkiləri haqda rəylər yazıb.
Sevda isə “Kökəlməmişəm. Bu kofta və kamera belə göstərir”, - deyə, cavab verib.
Bundan əlavə Yahyayeva bir istifadəçinin ”Düşünürdük ki, siz doktoru arıqladarsız, amma deyəsən siz ona çatırsız” şərhinə “Çatmışam ona. Gördüm o, arıqlamır, mən kökəldim”, - deyə, bildirib.
Z. Bayramov isə xanımının qızları doğulduqdan sonra 12 kilo çəki atdığını və hər gün bir az da arıqladığını söyləyib.