Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda daha iki növdə qaliblər müəyyənləşib. SİA-nın məlumatına görə, paralel qollarda kişilərin yarışını Filippin təmsilçisi Karlos Edriel Yulo qazanıb.
O, 15.400 xal toplayaraq qızıl medala sahib olub. İkinci yeri 15.366 xal qazanmış ukraynalı İliya Kovtun tutub. Bürünc medalın sahibi isə 14.600 xalla fransalı Ley-Kameron Bernard olub.
Qadınların dayaqlı tullanma yarışlarında birinci yeri Fransa təmsilçisi Kolin Devilard tutub. O, çıxışını 13.683 xalla başa vurub.
İkinci yerin sahibi 13.433 xalla Özbəkistan təmsilçisi Oksana Çusovitina olub.
Çin gimnastı Limmin Yu 13.383 xalla bürünc medal qazanıb.