"Uşaq sığınacaqlarında və ahıllar evlərində tibbi müayinələr keçirilib" - KOORDİNATOR

11 Mart 2023 10:09 (UTC+04:00)

"Cəmiyyətin gələcəyi olan uşaqlar bizim gələcəyimizdir". SİA xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin, Regional mərkəzlərlə iş şöbəsinin koordinatoru Mehparə Kazımova bildirib.

Qurum rəsmisinin sözlərinə görə, onlar da təbii ki, icbari sığortadan istifadə edə bilirlər: "Statistikaya görə hər 160 uşaqdan birində autizim simtopları var. Bu cür uşaqlara xüsusi qayğı lazımdır. Uşaqların əlilik hallarının qarşısının alınması məqsədi ilə ölkəmizin müxtəlif tibbi müəssisələrində onların müayinəsi üçün xüsusi xidmətlər fəaliyyət həyata keçirilir. Ötən il ərzində uşaq sığınacaqlarında və ahıllar evində tibbi müayinələr həyata keçirilib. Bütün bunların hər biri sağlam gələcək naminə atılan addımların bariz nümunəsidir".