"Bu sahədəki tibb işçiləri üçün treninqlər keçirilir" - NAZİR MÜAVİNİ

11 Mart 2023 09:57 (UTC+04:00)

"Zəruri müdaxilələr vaxtında həyata keçirilməlidir ki, uşaqların cəmiyyətə inteqrasiyası sürətli olsun" . SİA xəbər verir ki, bu sözləri səhiyyə nazirinin müavini Nadir Zeynalov Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində qeyd edib.

O, bildirib ki, belə uşaqların cəmiyyətə inteqrasiyası inklüzivlik qayda ilə həyata keçirilir: "Sahə ilə məşğul olan tibb işçiləri üçün davamlı treninqlər təşkil olunur".