"Onlara çox böyük diqqət var" - HİCRAN HÜSEYNOVA

11 Mart 2023 09:51 (UTC+04:00)

Bu gün Azərbaycanda uşaqlar, ailələrlə bağlı güclü dövlət siyasəti var. SİA xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.

Hicran Hüseynova autizmli uşaqların gələcəyinə inandığını bildirib: "Qüsurlu uşaqlar", "internat məktəbi" kimi sözlər artıq qanunvericiliyin köməyi ilə işlədilməyəcək. Biz həmişə dəstəyə ehtiyacı olan uşaqların yanındayıq. Onlara çox böyük diqqət var".