Bu gün Heydər Əliyev Mərkəzində Xüsusi Qayğıya Ehtiyacı olan insanlara həsr edilmiş 5-ci Yubiley "Fərqli Fərdlər" Konqresi keçirilir. SİA xəbər verir ki, tədbir bir çox dövlət qurumlarının dəstəyi ilə baş tutur.
Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə "Fərqli Fərdlərimizin himnini" səsləndiriblər.
Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqıarə üzrə müvəkkili Səbinə Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması barədə fikirlərini bildirərək, Ombusmanın bu sahədə fəaliyyətini tədbirdə iştirak edən şəxslərin diqqətinə çatdırıb.