Müğənni Nura əsl adını AÇIQLADI

11 Mart 2023 06:13 (UTC+04:00)

Müğənni Nura Suri əsl adının Aynurə olduğunu açıqlayıb. SİA xəbər verir ki, sənətçi bu barədə sosial mediada paylaşım edib. Uşaqlıq xatirələrindən danışan ulduz bildirib ki, hələ o vaxtdan qaranlıq ona daha cəlbedici görünüb:

"Uşaq vaxtı elə bilirdim Allah bizə gecələr aydan baxır. Dua edəndə balkona çıxıb aya baxırdım. Salavat da çevirirdim aya baxanda. Səbəbini bilmirəm, nənəm elə demişdi. Adım da Aynurə olduğundan aya olan hisslərimi tam anlaya bilmirdim. Əslində adımı Aynur qoyublar, o vaxt şəhadətnaməyə Aynurə yazıblar ki, Aynur oğlan adıdır guya. Sonralar anladım aya olan sevgimi. Qaranlıqda işıq, nur ümiddir.

Allahı ayda axtarmağımın səbəbin də başa düşmüş oldum. Günəş gözəldir, amma ay qədər deyil. Qaranlıqda nur daha gözəldir".