Ağdam rayonunda və Ağcabədinin Taxtakörpü qəsəbəsində “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyaları keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdamda aksiya zamanı Quzanlı-Hindarx avtomobil yolunun Üçoğlan kəndi ərazisindən keçən hissəsində 150 ədəd çinar ağacı, laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində isə 200-dən çox Eldar şamı əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.