Parisdə “İstedadlı sənətkar qadınlar gecəsi” adlı mədəni tədbir keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, Parisin 8-ci rayonundakı “La maison de la vie assosiastive et citoyenne” mədəniyyət evində istedadlı qadın sənətkarlara həsr edilmiş tədbirdə azərbaycanlı pianoçu Səidə Zülfüqarova Fikrət Əmirov, Arif Məlikov, Ədilə Hüseynzadənin əsərlərini ifa edib.
Parisin istedadlı musiqiçiləri, rəqqasları, teatr aktyorları və rəssamlarının qatıldığı tədbirdə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin şeirləri səsləndirilib.