Şərqi Afrikanın cənub sahillərində daşqın və fırtınalar

10 Mart 2023 17:41 (UTC+04:00)

Şərqi Afrikanın cənub sahilləri daşqınlar və güclü tufanlarla, şimal sahilləri isə quraqlıqla mübarizə aparır.

SİA-nın əldə etdiyi məlumata görə, Keniyanın keçmiş Meteorologiya direktoru Evans Mukolve mətbuata verdiyi açıqlamada iki fərqli iqlim şəraitinin Şərqi Afrika sahillərinə təsir etdiyini bildirib.

"Bu iki zidd sistem həmişə olub" deyə qeyd edən Mukolve "Cənub sahilləri daşqınlarla, şimal sahilləri isə quraqlıqla mübarizə aparır" deyib.

Afrikanın şərqində ikinci dəfə Madaqaskar və Mozambikə təsir edəcəyi gözlənilən "Freddi" qasırğasının tarixinin ən uzun sürən qasırğası ola biləcəyi bildirilir.

Qasırğa səbəbiylə ölənlərin sayı 100-ü keçərkən, Madaqaskarda təxminən 226 min, Mozambikdə isə 163 min adam mənfi təsirlənib.

Quraqlıq Şərqi Afrika sahillərinin şimalında yerləşən Keniya və Somalidə milyonlarla insana mənfi təsir göstərir.