Məşhur aktyor vəfat etdi

10 Mart 2023 10:07 (UTC+04:00)

Məşhur amerikalı aktyor Robert Bleyk 89 yaşında vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktyor martın 9-da ürək xəstəliyindən Los-Ancelesdəki evində dünyasını dəyişib. Bleyk “Soyuq qanda” kriminal dram filmində rol aldıqdan sonra şöhrət qazanıb. Aktyor onlarla film və serialda rol alıb.