Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü 9 mart tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Qurumdan SİA-ya verilən məlumata əsasən, mina partlayışı nəticəsində 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəsarət alıb.
Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.