Məşhur model bu maddə ilə günahlandırılır

9 Mart 2023 11:42 (UTC+04:00)

Son zamanlarda məşhur türk sima Haluk Leventlə sosial mediada dalaşan Dəniz Akkaya ilə bağlı cinayət işi açılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu şikayətdən sonra model sosial qurumlara təhqir və aşağılama, yanlış informasiyanı qəsdən yayma, hədələmə, həqarət və iftira maddəsi ilə günahlandırılır.

Xatırladaq ki, tərəflər arasındakı qalmaqala səbəb Dəniz Akkayanın Haluk Leventi zəlzələ hadisələrində yalançılıqla ittiham etməsi, onun AHBAP dərnəyi haqda ittiham dolu informasiyalar yaymasıdır.