Martın 8-də Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun Baş Assambleyası keçirilib. Bu bartədə SİA-ya Qış İdmanı Növləri Federasiyasından məlumat verilib.
Onlayn formatda təşkil edilən Baş Assambleyada qitə qurumuna seçkilər olub. Səs vermənin nəticələrinə əsasən Azərbaycan Qış İdmanı Növləri Federasiyasının baş katibi Günel Bədəlova növbəti 4 il müddətinə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçilib.